AZ

"Apple" 14 ildən sonra ilk dəfə smartfon bazarına liderlik edib

"Apple" şirkəti 2011-ci ildən sonra ilk dəfə olaraq qlobal smartfon bazarında lider mövqeyə yüksəlib.

APA xəbər verir ki, bu barədə Reuters agentliyi Counterpoint analitik şirkətinin araşdırmasına istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə Apple-ın bazar payı 2 faiz artaraq 20 faizə çatıb. Bu göstərici iPhone istehsalçısına dünya üzrə smartfon satışlarında birinci yerə çıxmağa imkan verib.

Counterpoint-in analitiki Varun Mişra Reuters-ə bildirib ki, artımın əsas səbəbləri inkişaf etməkdə olan ölkələrdə sabit tələbat və iPhone 17 modelinin qlobal miqyasda yüksək satışları olub.

Araşdırmada qeyd olunur ki, Samsung smartfon bazarında 19 faiz, Xiaomi isə 13 faiz paya malikdir.

Analitiklərin proqnozuna görə, 2026-cı ildə qlobal cihazlara tələbat azala bilər. Buna səbəb çip çatışmazlığı və komponentlərin bahalaşmasıdır. Bildirilir ki, istehsalçılar mobil qurğulardan daha çox süni intellekt üçün məlumat emalı mərkəzlərinin inkişafına üstünlük verirlər.

Seçilən
83
6
apa.az

7Mənbələr