Bakı. Trend:
2025-ci ildə Ukraynada döyüşlərlə bağlı 2 514 mülki şəxshəyatını itirib, 12 142 nəfər isə yaralanıb. Bu göstərici 2024-cüillə müqayisədə mülki itkilərin 31% artması deməkdir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynadafəaliyyət göstərən BMT İnsan Hüquqları üzrə Monitorinq Missiyasınınmülki əhaliyə dəyən zərərlərlə bağlı aylıq hesabatındabildirilib.
Açıqlamada qeyd olunub ki, missiya tərəfindən təsdiqlənənitkilərin böyük əksəriyyəti Ukrayna hökumətinin nəzarətində olanərazilərdə qeydə alınıb. Ukrayna rəsmilərinin adətən BMT-ninstatistik məlumatlarını etibarlı mənbə kimi qəbul etdiyivurğulanıb.