Keçən il Qazaxıstanda 382 məscid əsaslı təmir olunub. Bundan başqa il ərzində ölkədə 61 yeni məscid tikilib istifadəyə verilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, hazırda 214 məscid tikilir, 545 ibadət otağı isə fasiləsiz fəaliyyət göstərir.
Ümumilikdə, bu gün İdarənin tabeliyində 2945 məscid var. O cümlədən 1 respublika, 17 regional, 472 şəhər, 164 rayon və 2289 kənd məscidi əhaliyə xidmət göstərir.
Anar