AZ

"Neftçi"nin Misir klubu ilə oyununun vaxtı və yeri müəyyənləşdi

"Neftçi"nin Əbu-Dabi toplanışında keçirəcəyi ikinci yoxlama oyununun vaxtı və yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, "Piramids"lə (Misir) görüş yanvarın 13-də, Bakı vaxtı ilə saat 18:00-da "Məhəmməd bin Zayed" stadionunda baş tutacaq.

Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Qeyd edək ki, ilk sınaq matçında "Kayrat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin "Çenqdu Ronqçenq" klubu ilə üz-üzə gələcək.

Seçilən
1
17
fanat.az

10Mənbələr