Rusiya ABŞ və Ukraynanın münaqişəyə son qoymaq üçün irəli sürdüyü təkliflərə aydın cavab verməlidir.
...Biz öz vizyonumuzu formalaşdırmışıq və Rusiyadan müharibəyə real şərtlərlə son qoymağa hazır olub-olmadıqlarına dair aydın cavab olmalıdır.
SİA-nın məlumatına görə, bunu Ukrayna lideri bildirib.O, həmçinin Rusiya Ukraynanın sülh yolu ilə həll tələblərini qəbul etməsə, Moskvaya təzyiq göstərilməsinə çağırıb. Zelenski daha əvvəl bildirib ki, münaqişədən sonra ölkəni yenidən qurmaq üçün daha geniş tədbirlər paketinin bir hissəsi olaraq ABŞ ilə potensial azad ticarət müqaviləsini müzakirə edir.
Onun sözlərinə görə, razılaşma ABŞ ilə ticarətdə sıfır tarifləri əhatə edəcək və Ukraynanın bəzi sənayeləşmiş bölgələrinə şamil ediləcək.
Əli Babayev