
İran Prezidenti Məsud Pezeşkian paytaxtda etirazçıların hərəkətlərinə qarşı keçirilən nümayişdə şəxsən iştirak edib.
Yeniavaz.com xəbər verir ki, bu barəd “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Pezeşkian Tehranın mərkəzindəki İnqlab meydanına gələrək mitinq iştirakçılarına qoşulub.
Orada həmçinin ölkənin xarici işlər naziri Abbas Əraqçi və İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf da olub.
İran mediası həmçinin hökumətyönlü mitinqlərin təkcə paytaxtda deyil, həm də Bircənd, Qum, Rəşt, İlam və İranın digər şəhərlərində keçirildiyini bildirib.
🇮🇷Scenes of Iranian President Masoud Pezeshkian attending the marches in Iran’s capital, Tehran. pic.twitter.com/Ys4WhIvURY
— Sprinter Press (@SprinterPress) January 12, 2026