AZ

"Pərvin Piriyevin etimadı belə şərəflə doğrultması..." - tanınmış idman xadimi güləş çempionatını yüksək qiymətləndirdi

Milli Olimpiya Komitəsinin Nəzarət-Təftiş Komissiyasının sədri, "Şöhrət" və "Olimpiya" Ordenli, Prezidentin Fəxri Diplomçusu əməkdar məşqçi Hicran Şərifov Sportal.az saytına açıqlama verib. 

"1978-ci ildən etibarən müxtəlif statuslarda rayon səviyyəsindən olimpiya miqyasınadək minlərlə idman yarışıında iştirak etmişəm. 48 il əvvəl kiçik yaşlı yeniyetmə güləşçi kimi qədəm qoyduğum bu prosesdə sonradan hakim kimi ölkə, qitə, dünya çempionatlarında və ən nəhayət, Olimpiya oyunlarında hakimlik etmişəm. Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, 50-dən artıq ölkənin təşkilatçılığı ilə baş tutan saysız-hesabsız qlobal idman tədbirlərinin iştirakçısı kimi həm də idman yarışlarının keyfiyyət əmsalını qiymətləndirən peşəkar mütəxəssislərdənəm. Sonradan artıq idman sahəsində nəzəriyyəçi və pedaqoq kimi fəaliyyətimdə, fəlsəfə doktoru kimi elmi araşdırmalarımda və hazırda bitirmə üzrə olduğum elmlər doktorluğu üzrə tədqiqatlarımda idman yarışlarının hazırlanmasının institusional əsaslarını qlobal məcrada dəyərləndirirəm.

Sözün düzü, əksərən xarici dövlətlərdə yarışlar bitdikdən sonra ürəyimdə bir azərbaycanlı hakim kimi qibtə də etmişəm ki, bu tədbir səviyyəsində ölkəmizdə də çempionat keçirilməlidir. Son onillikdə bu sahədə ölkəmizdə inqilabi dəyişikliklər baş verib. Möhtərəm cənab Prezidentimizin şəxsi nəzarəti və hörmətli Mehriban xanım Əliyevanın təşkilatçılıtğı ilə keçirilən xeyli idman yarışı yüksək hazırlıq səviyyəsinə görə dünya idman salnaməsinə örnək model kimi həkk olunub. Avropa və İslam həmrəyliyi oyunları, müxtəlif idman sahələri üzrə dünya, qitə çempionatları bu qəbildəndir.

Həmişə arzu etmişəm ki, bu yüksək səviyyə və göstərici rayon və ölkə miqyaslı yarışlarda da özünü təsdiqləsin. Açıq etiraf edim, bəzən ölkə miqyaslı elə tədbirlərin iştirakçısı olurdum ki, onların sadəcə simvolik mənada keirildiyini görür və çox təəssüf edirdim. Ancaq indi qürurla deyə bilərəm ki, bu məqsədə nail olmaq üzrəyik. 7-11 yanvar 2026-cı il tarixlərində Azərbaycan Güləş Federasiyası tərəfindən keçirilən yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı sözün həqiqi mənasında, məni həm təəcübləndirdi, həm də heyrətləndirdi. Yuxarıda qeyd etdiyim kimi, 50-dən artıq xarici ölkədə minlərlə idman yarışında hakim olaraq iştirak etmişəm. Son Azərbaycan çempoinatını isə onların ən yaxşıları miqyasında gördüm".

Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi olan təcrübəli mütəxəssis Azərbaycan çempionatı barədə də fikirlərini söyləyib: "Hazırlıqlar ən yüksək səviyyədə aparılmış, tədbirin keçirildiyi infrastrukturun və məkanın ümumi potensialı ən yaxşı göstəricilərə uyğunlaşdırılmışdır. Çempionatın bütün mərhələlərində müasirlik, yüksək zövq, rahat fəaliyyət üçün yaradılan münbit şərait özünü aydın biruzə verirdi. Bu yarışla bağlı məni sevindirən, ürəyimə fərəh gətirən onlarla belə fakt var ki, onları da bura əlavə etmək istərdim. Amma onların hamısını ümumiləşdirərək, tam məsuliyyətimlə deyirəm ki, Azərbaycan Güləş Federasiyası ölkə miqyaslı ən yaxşı çempionatı təşkil etdi. İndiyədək beləsi olmamışdı, əminəm ki, bu təcrübə əsasında bundan sonrakılar daha yaxşı olacaq.

Ölkə və dünya idman hərəkatında 50 ilə yaxın fədakarlıqla fəaliyyət göstərən, on minlərlə idman yarışında, üç Olimpiya Oyununda hakimlik etmiş və bu təcrübəmi indi nəzəriyyəçi alim kimi elmi işlərə həkk etdirən, pedaqoq kimi gənc nəsil idmançılara öyrədən bir şəxs olaraq bu yüksək hazırlığın böyük zəhmət hesabına ərsəyə gəldiyini bilirəm.

Ölkə çempinatını az qala dünya çempinatı səviyyəsində peşəkar və keyfiyyətli hazırlayan Güləş Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Federasiyamızın hörmətli Prezidenti cənab Mikayıl Cabbarovun şəxsi nəzarəti, birbaşa rəhbərliyi altında hazırlıq prosesi dünya standartlarına uyğun aparıldı.

Güləş Federasiyasının hörmətli Baş katibi Pərvin Piriyevin gənc olmasına baxmayaraq, həm göstərilən etimadı belə şərəflə doğrultması, həm də işinin öhdəsindən layiqincə gəlməsi, nəticə etibarilə ölkənin ən yaxşı çempionatının keçirilməsini təmin etdi. Bu komandanın gördüyü hər işdə keyfiyyət göstəricisi ən üstün səviyyədə idi. Buraya idman yarışlarının hazırlanmasının əvvəldən sonadək bütün mərhələləri, keçirilən məkanın funksionallığı, idmançıların, qonaqların, izləyicilərin, medianın yerləşməsi, rahat fəaliyyəti, həmçinin emosiya və həyacanın ifadəsi, bir sözlə, "A-dan Z-əyədək" hər şey daxildir.

Demək, bizdə də artıq peşəkar idman təşkilatçıları, professional idman menecerləri və vətənpərvər kadrlar var və onlar öz işlərinin öhdəsindən ləyaqətlə gəlirlər.

Bu yüksək duyğular, razılıq hissi məndə qəti əminlik yaratdı ki, Azərbaycan Güləşinin də ən böyük inkişafı və intibahı hələ qarşıdadır. Məncə, Güləş Federasiyasının rəhbərliyi bu tarixi vəzifənin və çağırışın da öhdəsindən uğurla gələcək. Veteran idmançılar olaraq, bu missiyanın reallaşmasında həmişə olduğu kimi, bundan sonra da təcrübəmizi bölüşməyə, sadə dillə desək, bir işin qulpundan yapaşmağa daim hazırıq.

Əsas odur ki, nəticə olsun. İlkin nəticə isə artıq var!".

saytlarin hazirlanmasi

Seçilən
21
1
sportal.az

2Mənbələr