AZ

Pakistanda partlayış nəticəsində yeddi polis əməkdaşı ölüb

Pakistanın şimal-qərbində yerləşən Tank rayonunda polis avtomobilinə qarşı törədilən partlayış nəticəsində yeddi polis əməkdaşı həlak olub.

APA xəbər verir ki, bu barədə "Reuters" yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, uzaqdan idarə olunan partlayıcı qurğunun işə salınması nəticəsində beş polis əməkdaşı hadisə yerində, daha iki nəfər isə xəstəxanada ölüb.

Hücumun məsuliyyətini Tehreek-e-Taliban Pakistan qruplaşması öz üzərinə götürüb.

Seçilən
101
10
apa.az

10Mənbələr