AZ

Venesuela müxalifətinin lideri Roma Papası ilə görüşüb

Venesuela müxalifətini lideri, Nobel mükafatı laueratı Maria Corina Maçado bazar ertəsi günü Vatikanda Roma Papası Leo ilə görüşüb.

AzPost bildirir ki, bu barədə Reuters məlumat verib.

Maçado Papadan siyasi məhbusları azad etmək üçün Karakasa təzyiq göstərməsini xahiş etdiyini bildirib.

Vatikan mətbuat açıqlamasında görüşü təsdiqləyib, lakin şərh və ya əlavə məlumat verməyib.

Vatikan tərəfindən yayımlanan qısa videoçarxda Apostol Sarayındakı rəsmi ofisdə Papanın masası yanında Leo ilə əl ələ görüşdüyü əks olunub.
Roma Papası Prezident Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən tutulmasından sonra Venesuelanın müstəqil bir ölkə olaraq qalmasına çağırıb.

AzPost.az

Seçilən
15
azpost.info

1Mənbələr