AZ

Sevgilisindən ayrılan qız özünü körpüdən ATDI: FHN son anda XİLAS ETDİ – VİDEO

Özbəkistanda FHN körpüdən tullanaraq intihar etmək istəyən qadının möhtəşəm xilasetmə əməliyyatını həyata keçirib.

İnterpress.az xəbər verir ki, Özbəkistanda dramatik xilasetmə əməliyyatı həyata keçirilib.

Məlumata görə, gənc qız sevgilisindən ayrıldığı üçün körpüyə çıxaraq həyatına son qoymaq istəyib.

Hadisə yerində olan oğlan ona yalvararaq bu addımı atmamağı xahiş etsə də, qız fikrindən dönməyib.

O, özünü körpüdən asfaltın üzərinə atsa da, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qızı ölümdən xilas ediblər. Xilasedicilər aşağıda xalça açaraq qızı havada tutmağı bacarıblar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr