AZ

"Qaza görə yanlış olaraq mənə 631 manat borc yazılıb"VİDEO

Abşeron rayonunun Novxanı kəndində yaşayan Nigar Əsgərova qaza görə ona artıq borc yazıldığını iddia edir.

O, yaşadığı ünvanda quraşdırılmış qaz sayğacının göstəricisinin düzgün qeyd olunmadığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, Nigar Əsgərova iddia edir ki, evində quraşdırılmış qaz sayğacının real göstəricisi 8 min 433 kubmetr olduğu halda, özünü ərazi üzrə nəzarətçi kimi təqdim edən şəxs göstəricini səhv yükləyərək “Azəriqaz”a 10 min 531 kubmetr kimi göndərib. Bu yanlışlıq nəticəsində isə ona artıq borc yazılıb.

Nigar Əsgərova bildirir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma müraciət etsə də, problem həllini tapmayıb. O, səhvin aradan qaldırılması və düzgün göstəricinin sistemə daxil edilməsi üçün müvafiq tədbirlərin görülməsini istəyir.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, daxil olan müraciət “Azəriqaz” İB tərəfindən qeydə alınıb, məsələ aidiyyəti struktur bölmələr tərəfindən ən qısa müddətdə ətraflı şəkildə araşdrılacaq. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görülməsi təmin ediləcək

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
13
1
xezerxeber.az

2Mənbələr