
Pakistanda partlayış baş verib.
Yeniavaz.com “ABC News”a istinadən xəbər verir ki, hadisə nəticəsində altı polis əməkdaşı həlak olub.
Hadisə Pakistanın şimal-qərbində Əfqanıstan sərhədi yaxınlığında baş verib. Bomba hüquq-mühafizə orqanlarının avtomobilini hədəf alıb. Partlayış nəticəsində yerli polis rəisi də daxil olmaqla altı polis əməkdaşı həlak olub.