AZ

ABŞ qırıcıları və bombardmançı İran üzərində uçuşlara başladı - Ağ Evdən “başlayırıq" mesajı gəldi…



İqtisadi problemlər üzündən küçələrə çıxan İran xalqı 15 gündür qanlı mübarizə aparır. Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində İranda ölənlərin sayı 500-ü keçib. ABŞ Prezidenti Donald Tramp isə İrana qarşı təhdidlərindən geri çəkilmir.

Məlumatlara görə, İranda ölənlərin sayı artacağı halda, "Çox sərt zərbə endirəcəyik" deyən Tramp Yaxın Şərqə döyüş təyyarələri göndərib.

İsrailin Kanal 14 televiziyasına görə, ABŞ təyyarələri İran hava məkanı üzərindən uçuşlara başlayıb və onların bölgədə uçduğunun müşahidə edildiyini bildirib. Qətərdəki Əl-Udeyddəki ABŞ bazasından isə KC-135R yanacaq dolduran təyyarələri və B-52 bombardmançı təyyarələri havaya qalxıb. Bu vəziyyət Tehrana hərbi hücumun mümkün əlaməti kimi şərh olunduğu bir vaxta, Ağ Evdən də diqqət çəkən bir paylaşımı edilib.

Ağ Evin X hesabında "Tanrı əsgərlərimizi qorusun. Tanrı Amerikanı qorusun. Və biz yeni başlayırıq" paylaşımı edilib. Paylaşımda "45-47" (45-ci və 47-ci prezidentlik dönəmini ifadə edən) yazılan papaq və üzərində "Amerikanı yenidən böyük edək" (Make America Great Again) şüarının yazıldığı bir şəkli yer alıb.

Bundan əvvəl açıqlama verən Tramp İranın mümkün ABŞ hücumlarına qarşılıq vermə ehtimalını dəyərləndirərkən deyib ki, o zaman İran çox sərt cavabla qarşılaşar: "Əgər onlar bunu etsələr, əvvəllər heç vaxt görmədikləri səviyyədə cavab verəcəyik. Onlar buna inanmaqda çətinlik çəkəcəklər. Əlimdə son dərəcə güclü variantlar var. Belə bir addım atarlarsa, çox, çox güclü bir cavabla qarşılaşacaqlar".

Tramp "Sizcə, İran xəbərdarlıqlarınızı ciddi qəbul edirmi?" sualına isə "Düşünürəm ki, bəli" cavabını verib.

TAHİR

Seçilən
13
baki-xeber.com

1Mənbələr