AZ

"Sən kimi aldadırsan" - VİDEO

“Kəpəz”in başı həmişəki kimi, yenə dərddədir.

Legioner düşərgəyə qayıtmır, baş məşqçinin istədiyi futbolçuları gətirməyə pul çatmır, komandanın stadionsuz günləri davam edir.

Bu azmış kimi, bəzi azarkeşlər “Kəpəz”də gəncəli futbolçulara yer tapılmamasına görə üsyan edir.

Yusif Həsənov adlı stajlı fanat isə günahı baş məşqçi Azər Bağırovda görür.

Şəhid qardaşı “Kəpəz”də çalışmış məşqçilərə, xüsusən də Bağırova videomüraciət hazırlayaraq redaksiyamıza göndərib.

O, ürək sözlərini bu yolla baş məşqçiyə çatdırmaq istəyib:

“Azər, buradan səslənirəm sənə. Sən məşqçi deyilsən! Sənə Gəncədə işləməyə imkan verməyəcəyik.

Səbəb birdir – sən gəncəli uşaqların bir nömrəli düşmənisən. “Turan Tovuz”un, “Zirə”nin ehtiyatda qalan futbolçularını gətirirsən. Halbuki gəncəli uşaqlar gətirdiklərindən bir baş üstündür.

Sən kimi aldadırsan? Gətirdiyin uşaqların maaşına şəriksən? Siz məşqçilərin çirkin oyunlarını əllərimin içi kimi bilirəm.

Səhərdən axşama kimi günah qazanıb, axşam da namaz qılanda günahlarını canamazın altına qoyub özünü təmizə çıxarırsan?”

HƏBİB / SPORTINFO/AZ

Azarkeşin tam çıxışı ilə aşağıdakı linkə keçid etməklə tanış ola bilərsiniz.

Seçilən
30
sportinfo.az

1Mənbələr