İspaniya Superkubokunun finalında “Barselona”ya məğlubiyyətdən sonra “Real” klubunda baş məşqçi dəyişikliyi baş verib.
İdmanxeber.az xəbər verir ki, Madrid təmsilçisi Xabi Alonsonun əsas komandanın baş məşqçisi vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb. Klubun yaydığı bəyanatda bildirilib:
“Xabi Alonso bütün madrid azarkeşlərinin sevgisini və hörmətini qazanıb. O, “Real” əfsanəsidir və hər zaman klubumuzun dəyərlərini təmsil edib. “Real” onun üçün daim doğma ev olacaq”.
Qeyd edək ki, Xabi Alonso “Barselona”ya qarşı final məğlubiyyətindən sonra postu ilə vidalaşıb.