AZ

Real Madrid Xabi Alonso ilə yollarını ayırdı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Real Madrid” qarşılıqlı razılaşma əsasında Xabi Alonsonun komandanın baş məşqçisi vəzifəsindən ayrıldığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, klubun rəsmi bəyanatında bildirilir ki, “Real Madrid” və Xabi Alonso arasında qarşılıqlı razılaşma əldə olunub və bununla da onun komandanın baş məşqçisi kimi fəaliyyəti başa çatıb.

Bəyanatda vurğulanır ki, Xabi Alonso “Real Madrid” tarixinin əfsanələrindən biridir və klubun dəyərlərini hər zaman layiqincə təmsil edib. Madridlilərin ona olan sevgi və hörməti daim qalacaq və Real Madrid həmişə onun evi olacaq.

Klub həmçinin Xabi Alonsonun öz məşqçi heyətinə göstərdiyi zəhmətə və fədakarlığa görə təşəkkür edib və onlara həyatlarının yeni mərhələsində uğurlar arzulayıb.

Aysel Əliyeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
globalinfo.az

1Mənbələr