AZ

Qrenlandiya hökuməti Trampa cavab verdi: Adanı ələ keçirmək üçün...

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qrenlandiya hökuməti ABŞ prezidenti Donald Trampın adanı ələ keçirmək ambisiyalarını yenidən rədd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə DR məlumat yayıb.

ABŞ prezidentinin Qrenlandiyanı nəzarətə götürmək istədiyinə dair ardıcıl bəyanatları fonunda, adanın rəhbərliyi mövqeyini bir daha aydın şəkildə ortaya qoyub:

“Bu, Qrenlandiyada hakim koalisiyanın heç bir halda qəbul etməyəcəyi bir məsələdir”, – deyə hökumət vurğulayıb.

Bəyanatda qeyd olunub ki, Qrenlandiya Danimarka Krallığının tərkib hissəsi olaraq NATO üzvüdür və bu səbəbdən adanın müdafiəsi alyans çərçivəsində həyata keçirilməlidir. Buna görə də Qrenlandiya hökuməti adanın təhlükəsizliyini NATO vasitəsilə təmin etməyə yönələn tədbirləri gücləndirəcək.

“NATO-ya üzv olan bütün ölkələrin, o cümlədən ABŞ-ın Qrenlandiyanın müdafiəsi ilə bağlı ortaq maraqları var. Bu səbəbdən Qrenlandiya hökumətinin koalisiyası Danimarka ilə birlikdə NATO çərçivəsində əməkdaşlıq edəcək”, – rəsmi bəyanatda bildirilir.

Eyni zamanda Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen bəyan edib ki, ölkəsinin təhlükəsizliyi və müdafiəsi NATO-nun məsuliyyət sahəsinə daxildir.

“Son vaxtlar ölkəmiz beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşüb. NATO da daxil olmaqla. Qrenlandiya strateji əhəmiyyətə malikdir və onun təhlükəsizliyi bizim, müttəfiqlərimiz və Arktikadakı sabitlik üçün vacibdir”, – deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın xarici işlər naziri Arktikada hərbi təhlükəsizliyin təmin edilməsində daha böyük rol oynamağa hazır olduqlarını bəyan edib.

Bu arada ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qrenlandiyanın müdafiə sistemi “iki it qoşqusundan” ibarətdir.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
50
globalinfo.az

10Mənbələr