AZ

SOCAR qazma trestində yeni platformanı istifadəyə verib FOTO)

Bakı. Trend:

“Quality & Document Management System” (QDMS) platforması“Kompleks qazma işləri” trestində uğurla istifadəyə verilib.

Bu barədə TrendSOCAR-ın “Kompleks Qazma İşləri Tresti"nə istinadən xəbərverib.

Bildirilib ki, bu platforma SOCAR üzrə rəqəmsal keyfiyyətidarəetməsi yol xəritəsinin bir hissəsi olacaq.

Sözügedən platforma keyfiyyətə əminlik və nəzarətmexanizmlərinin şəffaf, izlənəbilən və standartlara uyğun şəkildəidarə olunmasını təmin edir.

Növbəti mərhələdə SOCAR üzrə istifadəçi əhatəsi mərhələlişəkildə genişləndiriləcəkdir. Bu cür platformaların tətbiqiSOCAR-da əməliyyat mükəmməlliyi, standartlaşdırma və davamlıtəkmilləşmə hədəflərinə mühüm töhfə verməkdədir.

SOCAR
SOCAR
Məqalədə:
Seçilən
24
2
az.trend.az

3Mənbələr