“Real Madrid” Xabi Alonso ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, qarşılıqlı razılaşma əsasında onun əsas komandanın baş məşqçisi vəzifəsindəki fəaliyyətinə son verilməsi barədə qərar qəbul edildiyini bildirir.
Xabi Alonso “Real Madrid” tarixində əfsanəvi fiqurlardan biri olduğu və hər zaman klubun dəyərlərini layiqincə təmsil etdiyi üçün bütün madridistlərin sevgisini və hörmətini daima qoruyacaq. “Real Madrid” hər zaman onun evi olacaq.
Klubumuz Xabi Alonsonun və onun bütün məşqçi heyətinin bu müddət ərzində gördüyü işə və göstərdiyi fədakarlığa görə təşəkkür edir, həyatlarının növbəti mərhələsində onlara uğurlar arzulayır.