AZ

Türkiyəyə gedəcək olanların NƏZƏRİNƏ: Riskli şərtlər yaxınlaşır

Türkiyədə növbəti günlərdə hava şəraiti çətin olacaq. Meteorologiya Baş İdarəsi 41 vilayətdə qar, leysan və güclü külək səbəbilə sarı kodlu xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, ölkənin əksər bölgələrində yağıntılar gözlənilir: sahillərdə yağış və leysan, dağlıq ərazilərdə qarla qarışıq yağış və qar yağacağı bildirilir. Şərqi və Cənub-Şərqi Anadolu, eləcə də Qara dənizin bəzi vilayətlərində yağıntılar xüsusilə güclü olacaq.

Gecə və səhər saatlarında buzlanma və şaxta, yüksək dağlıq zonalarda isə qar uçqunu riski var. Küləyin bəzi sahil və dağlıq ərazilərdə fırtına şəklində əsəcəyi gözlənilir.

Rəsmi qurumlar vətəndaşları nəqliyyatda, sel və digər təhlükələrdə ehtiyatlı olmağa çağırır.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
58
2
yenisabah.az

3Mənbələr