AZ

“Qalatasaray”ın sabiq vingeri Braziliya klubunda

Braziliyanın “Qremio” klubu “Panatinaikos”un (Yunanıstan) futbolçusu Teteni heyətinə qatdığını rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, vaxtı ilə “Qalatasaray”ın da formasını geyinmiş 25 yaşlı braziliyalı vingerlə 4 illik müqavilə imzalanıb.

Futbolçunun transferinin 6,2 milyon avroya başa gəldiyi bildirilib.

“Qremio”nun yetirməsi olan Tete 2019-cu ildə 15 milyon avroya “Şaxtyor”a (Donetsk, Ukrayna) keçib. O, 2023-cü ilin yayında Türkiyə klubuna cəlb olunmuşdu.

Seçilən
40
sportinfo.az

1Mənbələr