AZ

Xabi Alonso "Real"dan getdi - RƏSMİ

"Real Madrid" rəhbərliyi baş məşqçi Xabi Alonso ilə yolların rəsmi olaraq ayrıldığını elan edib.

Fanat.Az xəbər verir ki, İspaniya Superkubokunun finalında "Barselona"ya qarşı alınan 2:3 hesablı məğlubiyyət rəhbərliyin səbrini daşıran son damla olub.

Klubun rəsmi saytında yer alan bəyanatda mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edilib və ona gələcək fəaliyyətində uğurlar arzu olunub. Xabi Alonsonun rəhbərliyi altında "kral klubu" cari mövsümdə La Liqada keçirdiyi son 10 matçın yalnız 6-da qələbə qazana bilmişdi ki, bu da "Real Madrid" səviyyəsi üçün qeyri-qənaətbəxş hesab olunur.

Xüsusilə müdafiə xəttindəki boşluqlar və komandanın böyük oyunlarda ardıcıl xal itkiləri Florentino Peresi bu radikal addımı atmağa məcbur edib. Statistik göstəricilərə görə, Alonsonun dönəmində komanda hər oyuna orta hesabla 1.4 qol buraxmaqla son illərin ən zəif müdafiə performanslarından birini sərgiləyirdi.

Kamil Xudiyev

Seçilən
1
fanat.az

1Mənbələr