Joao Kanselo “Barselona” ilə müqavilə imzalamağa bir addım da yaxınlaşıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı müdafiəçi artıq Kataloniya klubunda tibbi müayinədən keçib.
Məlumata görə, futbolçu sabah rəsmi müqaviləyə imza atacaq və icarə əsasında “Barselona”nın yeni transferi kimi ictimaiyyətə təqdim olunacaq.