AZ

"Flik uzun illər bizimlə olacaq"

Hans-Diter Flikin rəhbərliyi ilə “Barselona” qısa müddət ərzində əhəmiyyətli uğurlara imza atmağa davam edir. Kataloniya təmsilçisi artıq dörd titul qazanıb ki, bunlardan sonuncusu İspaniya Superkubokudur.  

90deqiqe.Az "RAC1"ə istinadən xəbər verir ki, oyundan sonra klubun prezidenti Joan Laporta baş məşqçi Hans-Diter Flikin gələcəyi ilə bağlı açıqlama verib. Laporta alman mütəxəssisin klubda qalacağını bildirib.

“Flikin bizimlə müqaviləsi var və o, uzun illər komandada qalacaq. Bizim çox güclü baş məşqçimiz var”, – deyə Laporta vurğulayıb.

Xatırladaq ki, ötən gün final görüşündə “blauqrana” prinsipial rəqibi “Real Madrid” üzərində 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Hans-Diter Flikin “Barselona” ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir.

Seçilən
16
90deqiqe.az

1Mənbələr