İran və Böyük Britaniya xarici işlər nazirləri arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu haqda İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında yazıb:
"Britaniyanın xarici işlər naziri xanım İvet Kuper ilə bu axşamkı telefon danışığında vurğuladım ki, London beynəlxalq hüquqi öhdəliklərinə əsasən İranın Londondakı konsulluğunun və səfirliyinin təhlükəsizliyini təmin etməyə borcludur.
Əgər Britaniya diplomatik nümayəndəlikləri qorumaq vəzifəsini yerinə yetirə bilməsə, İran öz heyətini təxliyə etmək variantını nəzərdən keçirmək məcburiyyətində qalacaq. Mən həm də Britaniyadan İranın daxili işlərinə qarışmaqdan, o cümlədən özlərini xəbər təşkilatı kimi təqdim edən İsrail tərəfindən dəstəklənən terrorçulara qarşı fəaliyyətsizlikdən çəkinməsini istədim.
Britaniyanın Rabitə Nazirliyinin zorakılığa təhrik və terrorizmin təriflənməsinə qarşı aydın qanun və qaydaları var. Britaniya hökuməti ən azı öz daxili qanunlarına əməl etməlidir", - Əraqçi qeyd edib.
Bizim.Media