Gəncəçayın şəhər ərazisindən keçən hissəsi məişət tullantıları ilə çirkləndirilir.
Xezerxeber.az-ın məlumatına görə, acınacaqlı mənzərə daha çox Vəli Xuluflu küçəsindəki evlərə yaxın ərazilərdə müşahidə olunur.
Uzun müddətdir davam edən bu cür hal yaxınlıqda yaşayanları təngə gətirib. Sakinlər deyirlər ki, tullantılar həm ətrafa pis qoxu yayılmasına, həm də həşəratların çoxalmasına səbəb olur.
Zibillə çirkləndirilən ərazidə məişət tullantıları üçün konteynerlər də yerləşdirilib.
Məsələ ilə bağlı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinindən "Xəzər Xəbər"ə bildirdilər ki, Gəncəçayın məcrası onların xidməti ərazisinə aid deyil, buna baxmayaraq, ərazidə sanitar vəziyyəti nəzarətdə saxlamaq məqsədilə mütəmadi olaraq genişmiqyaslı təmizlik işləri həyata keçirilir, çayın məcrası məişət tullantılarından, ağac və kol-kosdan, alaq otlarından təmizlənir.
Ancaq aparılan təmzilik işlərinə baxmayaraq, sağ və sol sahildə yaşayan sakinlərin və ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin Gəncəçayın hövzəsinə məişət, təmir qalqıları tullantılarını atması hallarına hələ də rast gəlinir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.