AZ

Mercedes yenə də BMW dən geridə qalıb

Banco.az saytına istinadən ain.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

2025-ci ildə “Mercedes-Benz” 2024-cü illə müqayisədə 9 faiz azalma ilə 168 800 ədəd tam elektrikli avtomobil satıb.

Banco.az xəbər verir ki, eyni dövrdə “BMW”nin elektrikli avtomobil satışları isə 3,6 faiz artaraq 442 072 ədədə çatıb.

“Mercedes-Benz”in baş icraçı direktoru Ola Kallenius elektrikli avtomobillər sahəsində rəqibləri ilə eyni tempdə irəliləməyə çalışır. Qarşıdakı il Çinli avtomobil istehsalçılarının sürətli böyüməsi, həmçinin Asiya və Avropada istehlakçı etimadının qeyri-sabit qalması fonunda Kalleniusun “Mercedes-Benz”i daha yüksək seqmentdə mövqeləndirmə strategiyası üçün ciddi sınaq olacaq.

2025-ci il “G-Class” yolsuzluq avtomobilinin rekord satış göstəriciləri kimi bəzi müsbət məqamlarla yadda qalsa da, “Mercedes-Benz” ABŞ tərəfindən tətbiq olunan gömrük rüsumları və lüks seqmentə daxil olan Çinli istehsalçıların artan rəqabəti ilə üzləşir.

2025-ci ildə “Mercedes-Benz”in ümumi avtomobil satışları da 9 faiz azalaraq 1,8 milyon ədədə enib. Bununla da şirkət zəif nəticələrlə yadda qalan daha bir ili geridə qoyub. Yerli avtomobil markaları ilə rəqabətin güclənməsi fonunda Çinə tədarük 19 faiz azalıb. “E-Class” kimi orta ölçülü modellər də daxil olmaqla əsas seqmentlərdə qlobal satışlar 10 faiz geriləyərək 1,05 milyon ədəd təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
banco.az

2Mənbələr