AZ

"Barselona" 31 yaşlı müdafiəçini sabah rəsmi elan edəcək

Müdafiəçi Joao Kanselo "Barselona"ya keçid üçün tibbi müayinədən uğurla keçib. 31 yaşlı futbolçu zədələnmiş Andreas Kristenseni əvəzləmək üçün "Əl-Hilal"dan Kataloniya klubuna icarə əsasında keçəcək.

Sportal.az xəbər verir ki, portuqaliyalı bu gün Barselonaya gəlib və bütün zəruri müayinələrdən keçib. Transferin çərşənbə axşamı elan ediləcəyi gözlənilir.

Gözlənilir ki, sabah Kanselo Kataloniya klubunun prezidenti Joan Laportanın ofisində müqavilə imzalayacaq, bundan sonra isə rəsmi təqdimat və klubun ofisində media nümayəndələri ilə görüş baş tutacaq.

saytlarin hazirlanmasi

Seçilən
21
1
sportal.az

2Mənbələr