AZ

Mbappenin finaldakı davranışı Xabi Alonsonun “Real”dan gedişinə səbəb oldu

İspaniya Superkubokunun finalında “Real Madrid”in “Barselona”ya 2:3 hesabı ilə məğlub olduğu oyunda fransalı hücumçu Kilian Mbappenin davranışı “Kral klubu”nun sabiq baş məşqçisi Xabi Alonsonun istefasına səbəb olan amillərdən biri kimi qiymətləndirilir.

 90deqiqe.Az-ın "The Touchline"a istinadən məlumatına görə, Xabi Alonso həmin hadisədən sonra öz nüfuzunun komanda daxilində ciddi şəkildə sarsıldığını hiss edib.

Qeyd olunur ki, final qarşılaşmasından sonra Xabi Alonso futbolçuların “Barselona” oyunçuları üçün fəxri dəhliz (koridor) yaratmasını istəyib. Lakin Kilian Mbappe bu təşəbbüsə qarşı çıxıb, komanda yoldaşlarına meydanı tərk etməyi təklif edib. Alonso bu addımı öz məşqçi avtoritetinə birbaşa zərbə kimi qəbul edib.

Xatırladaq ki, Xabi Alonso 2025-ci ilin yayından etibarən “Real Madrid”in baş məşqçisi vəzifəsində çalışırdı. Onun gedişindən sonra komandanın yeni baş məşqçisi “Real”ın sabiq futbolçusu Alvaro Arbeloa təyin olunub.

Seçilən
14
90deqiqe.az

1Mənbələr