ain.az bildirir, Sia Az saytına əsaslanaraq.
Ukraynada prezident və parlament arasında anlaşılmazlıq getdikcə dərinləşir. Ali Radasının Müdafiə, Təhlükəsizlik və Kəşfiyyat komitəsi Prezident Volodimir Zelenskinin ölkənin Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Vasiliy Malyuku vəzifəsindən azad etməsi ilə bağlı təqdimatını dəstəkləməyib.
Məlum olub ki, komitənin yanvarın 12-də baş tutan iclasında təqdimat müzakirəyə çıxarılıb və deputatlar tərəfindən dəstəklənməyib. Bununla da məsələ plenar iclasa da tövsiyə olunmayıb.
Mətləb
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.