AZ

Prezident İlham Əliyev: Xəzər dənizinin suyu o qədər də duzlu deyil, tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali keyfiyyətli içməli su ilə təmin ediləcək

Bakı. Trend:

Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilkdəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Buprosesə start verildi.

Trend xəbər verir ki, bu sözləri Prezidentİlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı,tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədəçıxışında söyləyib.

Dövlətimizin başçısı bildirib: Bunun üstünlüyü ondan ibarətdirki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcəklayihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasınagələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da gözönündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yənitam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz vəkeyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarmaüçün də böyük mənbə yaranacaqdır.

Samur-Abşeron su kanalı. Vaxtilə biz bu kanalı yenidən inşaetmişik. Bu, tam beton kanaldır və orada itkilər kifayət qədərazdır. Ancaq yenə də bu kanalın infrastrukturunun inkişafı iləbağlı tədbirlər nəzərdə tutulur ki, “Ceyranbatan” su anbarıdayanıqlı su ilə təmin edilsin. Bu gün Bakıya beş mənbədən su daxilolur. Altıncı mənbə duzsuzlaşdırma zavodu olacaq və əlbəttə ki, buaxın tam təmin edilməlidir".

Seçilən
81
13
az.trend.az

10Mənbələr