AZ

Xəzər dənizində daha bir zərbə: neft platformaları vuruldu

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Xəzər dənizində Rusiyanın “Lukoil” şirkəti tərəfindən idarə olunan üç neft-qazma platformasına zərbə endirib.

Globalinfo.az xəbər verir ki, “EBU”ya istinadla bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Qüvvələr verdiyi açıqlamada hədəflərin Vladimir Filanovski, Yuri Korçagin və Valeri Qreyferin adını daşıyan buzlara davamlı stasionar platformalar olduğunu bildirib. Bəyanatda zərərin miqyası və ya itkilər barədə məlumat verilməyib.

Ukrayna bildirib ki, əməliyyat Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirmək qabiliyyətini zəiflətmək üçün nəzərdə tutulan planın bir hissəsidir.

Aysel Əliyeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
globalinfo.az

1Mənbələr