AZ

”Ölümdən qorxuram” -

“Aşk-ı Məmnu” və “ Muhteşem Yüzyıl” seriallarında yaratdığı parlaq obrazlarla Türkiyənin ən sevilən aktrisalarından birinə çevrilən Nebahat Çehre maraqlı etiraflar edib. Yasemin Bozkurtun proqramında qonaq olan sənətçi indiyə kimi heç kəsə məlum olmayan sirlərini açıqlayıb. Metbuat.az xəbər verir ki, aktisa heç vaxt qəbirstanlığa getmədiyini bildirib. 82 yaşlı Çehre hətta çəkildiyi film və seriallardakı ölüm səhnələrini də izləmədiyini deyib: "Ölümdən qorxuram. Heç vaxt bu barədə düşünmürəm. Buna görə qəbirstanlığa da getmirəm. Bildiyiniz kimi, “Muhteşem Yüzyıl” serialında çoxlu ölüm səhnələri vardı. Heç vaxt həmin səhnələri izləməmişəm. Hətta serialda canlandırdığım Ayşe Hafısa Sultanın ölüm səhnəsini də izləməmişəm. Səbəbini bilmirəm, amma ölümdən çox qorxuram. Rəhmətlik anam dünyasını dəyişərkən ona baxa bilmədim”.

Aktrisa vəsiyyətinin hazır olduğunu soyləyib. O, öləndən sonra yaxınlarının çıxılmaz vəziyyətə düşməməsi üçün sağlığında hər şeyi yoluna qoyduğunu bildirib.

Seçilən
33
metbuat.az

1Mənbələr