Azərbaycan təmsilçisi "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək.
"Yeni Sabah" xəbər verir ki, iştirakçıların siyahısı püşkatma nəticəsində müəyyən edilib. Nəticələr müsabiqənin rəsmi saytında dərc olunub.
Bildirilib ki, yarımfinal mərhələsində iştirakçı ölkələrin hansı nömrə altında çıxış edəcəyi mart ayının sonlarında bəlli olacaq. İlk yarımfinal mayın 12-də, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da keçiriləcək.
Xatırladaq ki, builki "Avroviziya" Avstriyanın paytaxtı Vyanada təşkil olunacaq./Oxu.Az
Telegram kanalımız