AZ

ABŞ təyyarəsi İranla sərhədə gəldi Regionda kritik gəlişmə

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Boeing P-8A Poseidon” çoxməqsədli patrul təyyarəsinin Hörmüz boğazı və İranın Bəndər-Abbas şəhəri üzərində uçuşlar həyata keçirdiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “flightradar24”-ün məlumatında qeyd olunub.

Görüntülərə əsasən, təyyarə sözügedən ərazilərdə kəşfiyyat və patrul xarakterli fəaliyyət göstərib. Uçuşun təxminən 20 min fut hündürlükdə və saatda 270 düyün sürətlə icra edildiyi qeyd olunur.

Məlumat ABŞ və ya İranın rəsmi qurumları tərəfindən hələlik təsdiqlənməyib. Qeyd edək ki, Hörmüz boğazı strateji əhəmiyyətinə görə beynəlxalq hərbi müşahidələrin mərkəzində olan bölgələrdən biridir.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr