“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi peşə mentoru layihəsi çərçivəsində xidmətlərin satın alınması üçün “Azərbaycan Menecment və İnvestisiya Korporasiyası” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayacaq.
NOCOMMENT.az xəbər verir ki, müqavilənin dəyəri 73.691 AZN təşkil edir.
Layihə çərçivəsində ekspertlərin cəlb olunması, proqram mentorlarının təqdimat videolarının hazırlanması, layihə hesabatının tərtibi və layihənin davamlılıq strategiyasının hazırlanması işləri yerinə yetiriləcək. Ekspertlər Marketinq, Dizayn, Layihələrin idarə olunması, Biznes Analitikası, Logistika, Turizm, Aqronomluq, Energetika mühəndisliyi, Kimya mühəndisliyi, Qida mühəndisliyi sahələrindən seçiləcək, mentorlar üçün brendinqə uyğun çağırış videoları hazırlanacaq və layihə müddətində görülən işlərin yekun hesabatı təqdim olunacaq.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevdir. Prezident İlham Əliyev ötən il martın 4-də imzaladığı sərəncamla ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verib. /32gun.az/