AZ

Bəyaz Saray: ABŞ-a 30–50 milyon barel Venesuela nefti göndəriləcək

Bəyaz Sarayın açıqlamasına görə, Venesuelanın müvəqqəti hökumətinin qərarı ilə 30–50 milyon barel keyfiyyətli neftin yaxın günlərdə Amerika Birləşmiş Ştatlarına (ABŞ) doğru yola çıxdığı bildirilib.

Editor.az xəbər verir ki, bu barədə məlumat verən Prezident Donald Trump deyib ki, neftin satışından əldə olunacaq gəlir həm Venesuela, həm də ABŞ xalqının xeyrinə istifadə ediləcək.

Bəyaz Saray sözçüsü Karolin Levitt Fox News telekanalına verdiyi açıqlamada bəyan edib ki, sözügedən neftin ABŞ-a sevkiyyatının artıq planlandığı və bu həcmin birinci mərhələ olduğunu qeyd edib. O bildirib ki, neft satışından əldə olunacaq gəlirlər ABŞ tərəfindən idarə ediləcək maliyyə hesablarına yatırılacaq.

Prezident Trump isə sosial media vasitəsilə paylaşdığı məlumata istinadən bu neftin bazar qiymətindən satılacağını və gəlirin məqsədyönlü istifadə ediləcəyini vurğulayıb.

Bu qərar ABŞ-ın Venesuela neft sektoruna münasibət strategiyasının bir hissəsi kimi qiymətləndirilir. ABŞ hökuməti enerji şirkətlərini Venesuelada neft infrastrukturu layihələrinə cəlb etməyə hazır olduğunu bildirib, eyni zamanda bu həcmlərin ABŞ-ın enerji bazarına əhəmiyyətli təsiri olacağı proqnozlaşdırılır.

Hazırda Beyaz Saray bu neft layihəsinin icrası üçün nəzarət mexanizmlərini gücləndirmək niyyətində olduğunu açıqlayıb və satışdan gələn vəsaitin şəffaf şəkildə bölüşdürüləcəyini qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr