ABŞ Prezidenti Donald Tramp yanvarın 15-də Ağ Evdə Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonu qəbul edəcək.
Publika.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
Tramp Nikolas Maduronun devrilməsindən sonra Maçadonun Cənubi Amerika ölkəsinin lideri ola biləcəyinə şübhə ilə yanaşıb. O, Maçadonun ölkə daxilində dəstəyə və ya hörmətə malik olmadığını bildirib.