“Real Madrid”in hücumçusu Kilian Mbappe Xabi Alonsonun istefasından sonra ona müraciət edib.
İdman.Biz bildrirr ki, ispaniyalı məşqçi yanvarın 12-də “Real Madrid”dən ayrılıb.
“Çox çəkmədi, amma sizin rəhbərliyiniz altında oynamaq və sizdən öyrənmək mənim üçün böyük bir məmnuniyyət idi. İlk gündən etibar etdiyiniz üçün təşəkkür edirəm. Sizi aydın ideyaları və futbolu dərindən anlayan məşqçi kimi xatırlayacağam. Növbəti mərhələdə sizə uğurlar arzulayıram”, - jurnalist Fabrizio Romano Mbappenin sözlərini sitat gətirib.
“Real Madrid”in yarımmüdafiəçisi Orelyen Tçuameni də komandanın keçmiş baş məşqçisi Xabi Alonsoya minnətdarlığını bildirib.
“Hər şey üçün təşəkkür edirəm! Dünyanın ən yaxşılarından birindən öyrənmək xoş idi. Yolunuz açıq olsun”, - deyə oyunçu sosial mediada yazıb.
İspaniyalı mütəxəssis 2025-ci ilin yayından bəri komandaya rəhbərlik edirdi.