AZ

İranın Rəşt bazarında 300 dən çox mağaza yandırılıb Ölkədə 53 məscid yandırılıb

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın Gilan əyalətinin Rəşt şəhərindəki etirazlarda 300-dən çox mağaza yandırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə görüntüləri İran Dövlət Televiziyası yayıb.

İran dövlət televiziyasından bildirilib ki, Rəşt Bazarındakı mağazalar üç gün əvvəl xaosdan istifadə edən təxribatçılar tərəfindən oda verilib: "İlkin məlumata görə, 300-dən çox mağazanın yararsız hala düşüb. Dükan sahibləri ciddi zərərlə üzləşib. Onlar dövltdən zərərlərinin qarşılanmasını tələb edirlər"

Gilan valisi Hadi Hakşinas mağaza sahibləri ilə görüşüb və onlara vəd verib: "Sizə söz veririk, bura əvvəlkindən də çox gözəl olacaq"

Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında milli valyutanın dəyər itirməsinə etiraz edən sahibkarlar etiraza qalxıb. Bu etiraz qısa zamanda böyük şəhərlərə yayılıb.

İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) yazıb ki, 15 gündür davam edən etirazlarda37 təhlükəsizlik işçisi, bir prokuror və 8 uşaq daxil olmaqla 544 nəfər öldürülüb, 11 nəfər ə yaxın saxlanılan var.

Tehran meri Əli Rza Zəkani isə etirazçıların ictimai və özəl mülkiyyətə böyük zərər verdiklərii açıqlayıb: "Şəhərdaxili aavtobuslar və yanğınsöndürən maşınları da daxil olmaqla 42 ictimai nəqliyyat vasitəsi, 24 ev, 25 məscid, 2 xəstəxana və 26 bank dağıdılıb"

İranın xarici işlər naziri Abbas Əraqçi etirazlar zamanı  53 məscidin yandırıldığını deyib.

Tahir Şəlvəli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
mia.az

1Mənbələr