525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Nigeriyanın Abuca şəhəri yaxınlığında idarəetmədən çıxan yük avtomobili piyadaları vurub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə az 12 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Qəza bazar günü günorta saatlarında Abuca-Lakoca yolunda baş verib. Kömür daşıyan "Volvo Randon" markalı yük avtomobili idarəetmədən çıxaraq dayanacağa çırpılıb. 6-ı uşaq olmaqla 12 nəfər hadisə yerində həlak olub. Bundan başqa qəza zamanı 3 minik avtomobili yararsız hala düşüb.
Qeyd edək ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Bu üzdən ölü sayının artacağı istisna edilmir.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.