AZ

Qrenlandiya NATO çərçivəsində müdafiə təhlükəsizliyini təmin etmək üçün səylərini artırır  

Qrenlandiya hökuməti ABŞ-ın region üzərində nəzarəti ələ keçirmək niyyətini dəstəkləmir və NATO-nun köməyinə ümid edir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Qrenlandiya hökumətinin bəyanatına istinadla məlumat yayıb.

Bəyanatda deyilir: “Qrenlandiya heç bir şəkildə ABŞ-ın geniş ərazini “ələ keçirmək” istəyini qəbul etmir və müdafiəsinin NATO çərçivəsində təmin olunması üçün səylərini artırır”.

Sənəddə vurğulanır ki, Qrenlandiyanın hakim koalisiyası bu cür yanaşmanı heç bir halda qəbul edə bilməz. Ada hökuməti, həmçinin qeyd edib ki, “Qrenlandiya həmişə Qərb müdafiə alyansının bir hissəsi olacaq”.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-ın müdafiə məqsədləri üçün Qrenlandiyaya ehtiyacı olduğunu bildirib.

Qrenlandiya Arktika təhlükəsizliyinin mərkəzi, mühüm dəniz yolları üçün başlanğıc nöqtəsi və nadir torpaq metalları da daxil olmaqla müxtəlif ehtiyatlara malik ərazi hesab olunur. Qərb mediası adada qrafit, mis, sink, qızıl, almaz, dəmir filizi, titan, vanadium və uran yataqlarının olduğunu bildirir.

Seçilən
6
2
azerbaijan-news.az

3Mənbələr