AZ

ABŞ-də bu ərazinin ilhaqına dair qanun layihəsi təqdim olundu

Konqresmen Rendi Fayn Nümayəndələr Palatasına "Qrenlandiyanın ilhaq edilməsi və ona dövlət statusunun verilməsi" adlı qanun layihəsi təqdim edib.

Ölkə.Az xəbər verir ki, sənəd ABŞ Nümayəndələr Palatasının saytında dərc edilib.

"Qrenlandiyaya nəzarət edən şəxs əsas Arktika gəmiçilik yollarına və ABŞ-ni qoruyan təhlükəsizlik arxitekturasına nəzarət edir", - deyə Fayn aydınlıq gətirib.

O bildirib ki, ABŞ vəziyyəti ABŞ dəyərlərinə hörmətsizlik edən və ölkənin təhlükəsizliyini pozmağa çalışan rejimlərin "əlinə" buraxa bilməz.

Qanun layihəsinin izahlı qeydində deyilir ki, bu, ABŞ prezidentinə Qrenlandiyanı öz ərazisi kimi əldə etmək üçün "hər hansı zəruri addımlar" atmaq səlahiyyəti verir. Qrenlandiyanın dövlətçiliyini tamamlayacaq qanunvericilik dəyişikliklərini özündə əks etdirən tam hesabatın ayrıca Konqresə təqdim edilməsi tələb olunur.

Bir gün əvvəl prezident Donald Tramp ABŞ-nin Qrenlandiyanı "bu və ya digər şəkildə" nəzarət altına alacağını bildirib. Əks halda, o əmindir ki, Çin və ya Rusiya adaya iddia irəli sürəcək.

Seçilən
40
olke.az

1Mənbələr