AZ

İranda gərginlik artır: 500-dən çox ölü

İranda son beş gündə baş verən iğtişaşlar zamanı 500-dən çox insan həlak olub.

Doğru.az xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələrindəki mənbə RİA Novosti agentliyinə məlumat verib.

Bildirilib ki, ölənlər arasında 110 polis əməkdaşı, eləcə də İİKK və “Bəsic” qüvvələrinin üzvləri var. Yüzlərlə mülki şəxsin yaralandığı qeyd olunur.

Mənbənin sözlərinə görə, iğtişaşçılar mağazalara, anbarlara və dövlət binalarına hücumlar zamanı odlu silah, bıçaq və əldəqayırma partlayıcı qurğulardan istifadə ediblər.

Hadisələr zamanı təxminən 150 təcili yardım avtomobilinin məhv edildiyi də bildirilib.

DOĞRU.AZ

Seçilən
17
1
dogru.az

2Mənbələr