AZ

ABŞ rəsmən bəyan etdi: Ərazi ilhaq olunur

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Respublikaçı ABŞ Nümayəndələr Palatasının üzvü Rendi Fayn Qrenlandiyanın ABŞ-a birləşdirilməsi və ona ştat statusu verilməsi ilə bağlı Konqresə qanun layihəsi təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Sənəddə qeyd olunur ki, layihə qəbul edilərsə, ABŞ prezidenti Donald Trampa Qrenlandiyanın ilhaqını təşkil etmək üçün zəruri addımları atmaq səlahiyyəti verilə bilər.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolin Levitt Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyinin açıq olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti adanın ABŞ-ın nəzarətinə keçməsini istəyir.

Qeyd edək ki, yanvarın 12-də Donald Tramp ABŞ-ın Qrenlandiyanı “bu və ya digər şəkildə” əldə edəcəyini bəyan edib

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
globalinfo.az

1Mənbələr