525.az saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyəli Nadem Kuru adlı dayver 51 il əvvəl qəzaya uğramış və bu günə kimi tapılmamış təyyarənin yerini aşkarlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Turkish Airlines" aviaşirkətinə məxsus "Fokker F-28" təyyarəsinin kabinəsi Mərmərə dənizində, 80 metr dərinlikdədir.
Təyyarə 1975-ci ilin yanvarında qəzaya uğrayıb. İstanbula uçan təyyarənin dənizə düşməsinə o vaxtkı mülahizələrə görə dumanlı hava şəraiti səbəb olub. Göyərtədə olan 42 nəfər isə həlak olmuş hesab edilir.
Nadem Kuru təyyarənin kabinəsini xüsusi sualtı qurğular vasitəsilə aşkarlayıb. Amma təyyarənin gövdəsi və quyruq hissəsinin yeri hələlik məlum deyil.
Qeyd edək ki, əgər quyruq hissəsi tapılarsa, "Fokker F-28"in nədən qəzaya uğraması məlum ola bilər. Çünki qara qutu məhz həmin hissədə yerləşir.
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.