AZ

Hakkabidən İran açıqlaması

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ İranda rejim dəyişikliyini təşviq etmək və ya hərbi əməliyyatlara başlamaq niyyətində deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabi “Sky News” telekanalına verdiyi müsahibədə danışıb.

Diplomatın sözlərinə görə, Vaşinqton İranda hakimiyyət dəyişikliyinin sürətləndirilməsinə yönəlmiş hər hansı fəal addım atmır. O bildirib ki, bu, ABŞ-ın birbaşa müdaxilə etdiyi və ya təşəbbüs göstərdiyi bir proses deyil.

Hakkabi vurğulayıb ki, məsələ ilk növbədə qarşılıqlı hörmət prinsipinə əsaslanır. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinin öz vətəndaşlarına qarşı zorakılıq tətbiq etməməli, etirazlara görə insanları öldürməməli, şikəst etməməli və işgəncələrə məruz qoymamalı olduğunu açıq şəkildə ifadə edir.

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr