AZ

Kadırov onları müharibəyə yolladı: Gözlənilməz rəqəm

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Çeçenistandan 76 mindən çox döyüşçünün xüsusi hərbi əməliyyat zonasına (XƏZ) göndərildiyini bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında paylaşdığı açıqlamada məlumat verob.

Onun sözlərinə görə, Baş nazir və Xüsusi Hərbi Əməliyyatlar üzrə Regional Əməliyyat Qərargahının rəisi Maqomed Daudovun təqdim etdiyi hesabatda qeyd olunur ki, əməliyyat zonasına ümumilikdə 76.440 nəfər şəxsi heyət cəlb edilib. Onlardan 23.774 nəfəri könüllülərdir.

Kadırov əlavə edib ki, hazırda xüsusi hərbi əməliyyat zonasının ən vacib istiqamətlərində Çeçenistandan təxminən 14 min döyüşçü yerləşdirilib.

Respublika rəhbəri vurğulayıb ki, cəbhəyə hərtərəfli dəstəyin göstərilməsi Çeçenistan hakimiyyətinin əsas prioritetlərindən biridir.

Qeyd edək ki, dekabrın 30-da Ramzan Kadırov Ukraynadakı xüsusi hərbi əməliyyat zonasında yerləşən Rusiya hərbi hissələrinin sərəncamına 45 ədəd xüsusi təyinatlı texnikanın verildiyini açıqlamışdı.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
globalinfo.az

1Mənbələr