AZ

"Oyunçular məşqçidən narazı olanda bu, çox açıq şəkildə görünür" - Alonsonun "Real"dan gedişi barədə

"Real"ın sabiq yarımmüdafiəçisi Quti Xabi Alonsonun Madrid klubundan ayrılmasını şərh edib.

Sportal.az xəbər verir ki, daha öncə qeyd etdiyimiz kimi, "kral klubu"nun baş məşqçisi ilə müqavilə tərəflərin qarşılıqlı razılaşması əsasında ləğv olunub.

"Xabi dövründə paltardəyişmə otağındakı ab-havanı hiss etmirdim, amma doğrudur ki, oyunçular paltardəyişmə otağında özlərini rahat hiss etməyəndə, məşqçidən narazı olanda bu, dərhal nəzərə çarpır və bu, çox açıq görünür, təkcə məşqlərdə yox, həm də oyunlarda. Düşünürəm ki, Xabinin məhz indi getməsinə səbəb olan da bu oldu.

Oyun üslubu və ya komandanın onun rəhbərliyi altında meydanda gördüyü işlər barədə danışsaq, az əvvəl statistikaya baxdım. Orada göstərilir ki, “Barselona”nın baş məşqçisi Flik 34 oyun keçirərək Xabi Alonso ilə eyni nəticələri göstərib. Bu da o deməkdir ki, qələbələrin sayı baxımından vəziyyət pis deyildi. Amma doğrudur ki, onun paltardəyişmə otağına uyğunlaşmadığı barədə çoxlu söz-söhbətlər dolaşırdı."– deyə Quti "DAZN" efirində bildirib.

saytlarin hazirlanmasi

Seçilən
30
1
sportal.az

2Mənbələr