Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News” telekanalına müsahibəsində ABŞ-nin İranla bağlı hərbi strategiyasından söz açıb.
“Qafqazinfo” xəbər verir ki, mətbuat katibi Prezident Donald Trampın İran rejiminin etirazçılara qarşı zorakılığına cavab olaraq hərbi variantları masada saxladığını bildirib.
Livitt vurğulayıb ki, diplomatiya hər zaman ABŞ-nin ilk seçimi olub və olacaq:
“Lakin zərurət yaranarsa, Tramp ölümcül gücdən istifadə etməkdən çəkinməyəcək”.
Müsahibə zamanı mətbuat katibi Trampın hava hücumları da daxil olmaqla, genişmiqyaslı əməliyyat planları barədə məlumatlandırıldığını təsdiqləyib:
“Cəmi bir neçə ay əvvəl ABŞ ordusu İranın ən güclü aktivi sayılan nüvə proqramını uğurlu hava zərbələri ilə faktiki olaraq sıradan çıxarıb”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.